Yan 19, 2018 09:24 Asia/Baku
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri Polşada məsləhətləşmə aparıblar

Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yollarını Polşada araşdırıblar.

Azərbaycan Dövlət Televiziyasının məlumatına görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü cümə axşamı günü Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun amerikalı, fransız və rus həmsədrlərinin iştirakı ilə keçirilib. 

Görüşün sonunda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib: Bu müzakirələrdə vasitəçilər tərəfindən bir sıra kreativ fikir irəli sürülüb. 

Məmmədyarov deyib: Bu ideyalara əsasən müzakirələrin davam etdirilməsi üçün vasitəçilər fevral ayında regiona səfər edəcəklər. 

Azərbaycan xarici işlər naziri əlavə edib: Əsas strategiya budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş və regionda sülh və stabilliyin təmin olunması üçün intensiv, substantiv və məntiqli danışıqlar davam etməlidir. 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin öncəki görüşü ötən il 7 dekabrda ATƏT-ə üzv ölələrin xarici işlər nazirlərinin Vyanadakı toplantısının kənarında keçirilmişdi. 

Teqlər