Yan 20, 2018 10:36 Asia/Baku
  • Məscid ərazisinə uzanan əllər nakam qalıb
    Məscid ərazisinə uzanan əllər nakam qalıb

Bakıda Yeni Günəşli qəsəbəsindəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidiylə bağlı xoşagəlməz məlumatlar yayılıb.

İRİB-nin "hedef14.org" saytına istinadla verdiyi məlumata görə, ötən gecə məscidin həyətinə tikinti materialları gətirilib. İddialara görə, tikinti materialları məscidin bir hissəsini zəbt etmək üçün istifadə olunacaq. 

"Fatiməyi-Zəhra (s.ə.)" məscidinin həyətindəki daşlar dindarlar tərəfindən boşaldılıb.

Ərazidə xeyli sayda dindar və polisin olduğu bildirir. Amma, tərəflər arasında heç bir insident qeydə alınmayəb.

Hələki mövzuyla bağlı heç bir rəsmi açıqlama verilməsə də, inanclı kəsim son vəziyyətdən narahat olduqlarını dilə gətirilər.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi ilə bağlı qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəminin 29 dekabr 2010-cu il tarixli qərarına əsasən məscid QMİ-nin sərəncamına verilmiş, daha əvvəlki bədnam sökülmə qərarı ləğv edilmişdir.

Teqlər