Apr 24, 2018 10:51 Asia/Baku
  • Azərbaycanda yeni hökumət təşkil olunub
    Azərbaycanda yeni hökumət təşkil olunub

Azərbaycan Respublikası prezidenti 8-ci prezident seçkilərində qalib gəldikdən sonra yeni hökuməti təşkil edib.

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev şənbə günü prezidentin beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsində fəaliyyət göstərən Novruz Məmmədovu baş nazir təyin etdi. 

O 83 yaşlı baş nazir Artur Rasizadəni əvəz etdi. 

İlham Əliyev 8-ci prezident seçkilərində səslərin 82 faizini qazanaraq növbəti 7 il üçün Azərbaycan Respublikasının prezidenti seçildi. 2003-cü ildən bəri bu vəzifədə olan İlham Əliyev 2016-cı ildə konstitusiyaya əlavə və dəyişiklik üzrə referendum keçirməklə, prezidentin səlahiyyətlərini artırmaqdan əlavə, prezidentlik dövrünün də 5 ildən 7 ilə artırılmasına nail oldu. 

Azərbaycan Respublikası qanunlarına görə prezident xalqın birbaşa səsi ilə seçilir.