Apr 24, 2018 14:24 Asia/Baku
  • Azərbaycanla İran arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu təsdiq edilib
    Azərbaycanla İran arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi  və Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.