Sen 15, 2018 18:06 Asia/Baku
  • Ərdoğan Bakıya daxil olub

Türkiyə prezidenti öz azəri həmkarı ilə görüşmək, onunla ikitərəfli əlaqələri, eləcə də mühüm regional və beynəlxalq hadisələri araşdırmaq məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakıya daxil olub.

Rəcəb Tayyıp Ərdoğan bu gün Bakıya daxil olarkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qarşılanıb.

Rəcəb Tayyıp Ərdoğan Azərbaycan Respublikasına səfəri zamanı Bakının erməni və bolşevik qruplarının işğalından azad edilməsinin yüzüncü ildönümü günü mərasimində iştirak etməlidir.

Türkiyə və Azərbaycan Respublikasının strateji və ticari həmkarlıqlarının, həmçinin son region olaylarının araşdırılması bu gün Bakıda keçiriləcək Ərdoğan-Əliyev görüşündə bəhs olunacaq mövzulardandır.

Teqlər