Sen 23, 2018 20:10 Asia/Baku
  • Bakı ətrafında dünyanın ikinci böyük palçıq vulkanı aktivləşib
    Bakı ətrafında dünyanın ikinci böyük palçıq vulkanı aktivləşib

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirliyi bu gün Bakı ətrafında dünyanın ikinci böyük palçıq vulkanının aktivləşməsindən xəbər verib.

Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bu barədə belə deyib: Hal-hazırda Otman-Bozdağ vulkanında püskürmə prosesi davam edir və alovun hündürlüyü 200-300 metrə çatır.

O, əlavə edib: Həmçinin bu məntəqədə 40 metr dərinliyində çoxlu yarıqlar yaranıb.

Dünyanın ikinci böyük palçıq vulkanı sayılan Otman-Bozdağ vulkanı sonuncu dəfə 2017-ci ilin fevralında fəallaşmışdı.

Azərbaycan Respublikasında 400-ə yaxın palçıq vulkanı mövcuddur ki, əslində bütün dünyadakı palçıq vulkanlarının yarısını təşkil edir. Belə ki, hər 20 ildən bir, bu vulkanlardan biri püskürür.

Palçıq vulkanlarında onların çıxış nöqtəsindən ərinti maddə yerinə, palçıq, çöküntülər, eləcə də metan, karbon və azot kimi qazlarla yanaşı qaynar su çıxır.