Okt 31, 2018 13:12 Asia/Baku
  • İranın iştirakı ilə Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib
    İranın iştirakı ilə Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib

Oktyabrın 30-da Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçirilib.

 İclasda AOA-nın prezidenti, Pakistanın ombudsmanı Syed Tahir Şahbaz, habelə Assosiasiyanın üzvü olan ölkələrin Direktorlar Şurasındakı təmsilçiləri – Yaponiyanın, Çinin, İndoneziyanın, Honq-Konqun, İranın, Malayziyanın, Rusiya Federasiyası Tatarıstan Respublikasının ombudsmanları, bir sıra dövlət qurumlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən İran İslam Respublikası Baş Müfəttişlik Təşkilatının sədri Qazi Sirac etdiyi çıxışında Korrupsiya ilə mübarizə, və profilaktik tədbirlər sahəsində asossasiyanın üzərinə düşən öhdəliklərə toxunaraq deyib: " Mənim ölkəm İran İslam Respublikasına qırx ildir yumşaq müharibə qəbul etdirilib və qırx ildir ki, super güclər və qərb dövlətləri tərəfindən mənim ölkəmə qarşı zalım sanksiyalar tətbiq edilib. Mənim ölkəm 8 il müddətində də qəbul etdirilən müharibəyə məruz qalmışdır . Əgər ölkəmdə korrupsiya varsa heç şübhəsiz səbəbi zalım sanksiyalardır və əgər ölkəm deyilən üç problemlə üz-üzə durmasaydı bu gün heç şübhəsiz ki, dünyanın korrupsiya baxımından ən təmiz ölkələri sırasında duracaqdı. 

Sirac çıxışının davamında korrupsiya ilə mübarizə yolları, korrupsiya hallarının minimuma endirilməsi üçün proqramlaşdırmalar və müvafiq qurumlarda qanunsuz hallar ilə mübarizə yollarını şərh edib.