Dek 09, 2018 14:45 Asia/Baku
  • Azərbaycan R. gələn ildən neft hasilatını azaldacaq
    Azərbaycan R. gələn ildən neft hasilatını azaldacaq

Azərbaycan Respublikası OPEK-in qərarının ardınca gələn ildən öz neft hasilatını gündə 20 min barrel azaldacaq.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov OPEK-ə üzv və qeyri-üzv ölkələrin gündəlik neft hasilatının azaldılması barədə Vyanada əldə etdikləri son razılaşmanı mühüm dəyərləndirərək, deyib: Əldə olunmuş razılaşma neft istehsalçıları, neft bazarı və neft sənayesinin inkişafı üçün mühüm bir addımdır.

Bu razılaşmaya əsasən, OPEK-ə üzv ölkələr 2019-cu ilin yanvarından öz gündəlik neft hasilatlarını 800 min, qeyri-üzv ölkələr isə 400 min barrel azaldacaqlar.