Yan 02, 2019 10:19 Asia/Baku
  • Prezident Əliyevin təbrik müraciətindən
    Prezident Əliyevin təbrik müraciətindən

Azərbaycan Respublikası prezidenti yeni milad ili təbriki müraciətində, 2018-ci ili ölkəsi üçün uğurlu il adlandırıb.

Azərbaycan Respublikası prezidenti Prezidenti İlham Əliyev 2019 cü ili təbrik edərək bilidirib: “Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir.”

Əliyev qonşu ölkələrlə əlaqələrin normal müstəvidə davam etməsini vurğulayıb: “ Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir.”

Azərbaycan prezidenti 2018-ci ildə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsino tarixi nailiyyət adlandiridi: “ Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir.”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan İlham Əliyev münaqişənin həlli işində ölkəsinin prinsipial mövqeydə dayandiğini deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.”

 O, Azərbaycan Respublikasında iqtisadi inkişafdan da söhbət açıb: “Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur.”

Prezident sonda 2018 il keçirilın seçkini belə qiymətləndirib: “Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir.”

Teqlər