Fev 02, 2019 11:15 Asia/Baku
  • Rusiya Bakı və İrəvan arasında Qarabağ haqda müzakirələrin davam etdirilməsini istədi
    Rusiya Bakı və İrəvan arasında Qarabağ haqda müzakirələrin davam etdirilməsini istədi

Rusiya xarici işlər nazirinin müavini deyib: Azərbaycan Respublikası və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənilməsi üzrə müzakirələri davam etdirməli və müzakirələrin səmərəli olduğuna inanmalıdırlar.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Qriqori Karasın İrəvanda jurnalistlər qarşısında verdiyi açıqlamada Azərbaycan və Ermənistan rəsmiləri arasındakı son görüşləri və Qarabağ münaqişəsinin həllinə dair səyləri müsbət qiymətləndirib və deyib: Dünya ictimaiyyəti Qarabağ münaqişəsinin həllində Bakı və İrəvana dəstək olmalıdır. 

Rusiya xarici işlər nazirinin müavini həmçinin deyib: Qarabağ münaqişəsinin həlli üzrə hərbi seçimdən istifadə ssenarisini unutmaq və müzakirələri davam etdirmək lazımdır. 

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddia etməsi ilə başlandı və 1991-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü bu ölkə ərazisnin təqribən 20 faizinin ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi. 

ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk Qrupu tərəfindən münaqişənin həllinə dair səylər indiyə kimi heç bir müsbət nəticə verməyib.  

Teqlər