Mart 31, 2019 11:27 Asia/Baku
  • Əliyev: Qarabağ müzakirələri yeni mərhələyə daxil olub
    Əliyev: Qarabağ müzakirələri yeni mərhələyə daxil olub

Azərbaycan Respublikasının prezidenti Vyanada Ermənistanın baş naziri ilə keçirdiyi görüş haqda deyib ki, Qarabağ müzakirələrində yeni bir hərəkət başlanıbdır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Vyanada Rusiyanın TASS xəbər agentliyi ilə müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyan ilə müzakirələrinin nəticələri barədə bildirib ki, bu görüş Qarabağ münaqişəsinin həlli məqsədilə keçirilib və xüsusi önəm daşıyıbdır.

Qarabağ münaqişəsinin həlli istiqamətində iki ölkənin xarici işlər nazirlərinin müzakirə prosesinin davam etməsinə toxunan Əliyev əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən, Ermənistan qüvvələrinin qeyd-şərtsiz olaraq, Azərbaycan Respublikasının torpaqlarından çıxmaları rəsmi Bakı üçün prioritet daşıyır.

Bu müzakirələrdə iştirak edən Avropa Əməkdaşlıq Şurası, həmçinin Rusiya, Fransa və Amerikadan ibarət olan Minsk Qrupunun həmsədrləri də bir bəyanatda Əliyev-Paşinyan görüşünü konstruktiv adlandırıblar.

Teqlər