Sen 16, 2019 17:32 Asia/Baku
  • Azərbaycan R-da manevr başlanıb
    Azərbaycan R-da manevr başlanıb

Azərbaycan Respublikasının hərbi manevri bu ölkənin silahlı qüvvələrinin iştirakı ilə başlanıb.

Azərbaycan Respublikası müdafiə nazirliyinin xəbər portalı bildirib ki, bu ölkənin silahlı qüvvələrinin hərbi manevri  Azərbaycan Respublikasının prezidenti və silahlı qüvvələrinin ali baş komandanı İlham Əliyevin qəbul olunmuş proqramı əsasında bu gündən etibarən başlanıb və cümə gününədək davam edəcək.

Bu məlumata görə, həmin hərbi manevrdə on min silahlı qüvvə, yüzdən çox tank və digər zirehli texnika, 120 ədəd top və minomyot, raketatanlar və təqribən iyirmi ədəd pilotsuz təyyarə iştirak edir.

Bu hərbi manevrdə düşmən qüvvələrinin yatırılması hədəfi ilə önləyici hücumlar və dağlıq bölgələrdə xəyali düşmənə qarşı əks-hücumlar həyata keçiriləcək.