Noy 16, 2019 10:48 Asia/Baku
  • Azərbaycan Prezidenti: Qafqazda təhlükəsizliyin möhkəmlənməsi işinə öhfə veririk
    Azərbaycan Prezidenti: Qafqazda təhlükəsizliyin möhkəmlənməsi işinə öhfə veririk

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, İlham deyib: “Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”. 

Əliyev qeyd edib ki, Qafqaz vahid orqanizmdir və təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır”.