Fev 24, 2020 12:15 Asia/Baku
  • Hikmət Hacıyev: BMT TŞ-nin qətnamələri qüvvədədir
    Hikmət Hacıyev: BMT TŞ-nin qətnamələri qüvvədədir

Bu gün Azərbaycan Respublikası prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, BMT TŞ-nin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir.

APA-nın məlumatına görə, Hikmət Hacıyev deyib: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, əsas məqsəd Xocalı faciəsinin beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır.