Sen 21, 2020 08:42 Asia/Baku
  • Azərbaycan MN: Ermənistana məxsus taktiki PUA məhv edilib

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti taktiki PUA məhv edilib

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Teqlər