Okt 10, 2020 13:40 Asia/Baku
  • Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Bakıya göstərdiyi dəstəyi yüksək dəyərləndirib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İran İslam Respublikasına, Azərbaycan Respublikasının Qarabağla bağlı mövqeyini dəstəklədiyi üçün minnətdarlığını bildirib.

SəhərAzəri xəbər verir, "Qafqaz Həqiqətləri" saytının məlumatına görə, Allahşükür Paşazadə İranın dost və qardaş ölkə kimi, hər zaman digər ölkələrdən daha çox Azərbaycan Respublikasına kömək etdiyini və bunun heç vaxt unudulmayacağını qeyd edib.

"İranın Azərbaycan Respublikasına göstərdiyi misilsiz dəstəklər bir daha bu mesajı dünyaya ötürdü ki, iki ölkə arasındakı dini və mənəvi bağlılıq ayrılmazdır və biz həmişə İslami İranın dəstəklərini yüksək qiymətləndirmişik", -deyə Allahşükür Paşazadə əlavə edib.

Azərbaycan Respublikası ilə Ermənistan arasında illərdir Qarabağ münaqişəsi davam edir və İran İslam Respublikası dəfələrlə hər iki tərəfi təmkinli olmağa və gərginliyə son qoymağa çağırıb.

Teqlər