Okt 29, 2020 09:53 Asia/Baku
  • Əraqçi Azərbaycan prezidenti ilə görüşdə torpaqların azad edilməsi münasibətilə onu təbrik edib

İran XİN başçısının müavini Bakıda Azərbaycan Respublikasının prezidenti ilə görüşdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə onu təbrik edib.

SəhərAzəri xəbər verir,  Seyid Abbas Əraqçi bu görüşdə deyib: "İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm".

 

Teqlər