Noy 27, 2020 13:30 Asia/Baku
  • Azərbaycan Respublikası XİN Fransa səfirini çağırtdırıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dünən Fransanın Bakıdakı səfirini nazirliyə çağırtdırıb.

SəhərAzəri xəbər verir, Çağırışda məqsəd, Fransa senatının Qarabağ bölgəsi barədəki qətnaməsinə etiraz etmək olubdur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul şəxsləri bu çağırışda rəsmi Bakının Fransa senatının Qarabağ bölgəsi barədəki son qətnaməsinə olan etirazını həmin ölkənin səfirinə elan ediblər.

Fransa senatının üzvləri çərşənbə günü bir qətnamə qəbul edərək, bu ölkənin hökumətindən istədilər ki, Qarabağ bölgəsinin istiqlaliyyətini rəsmən tanısın. Bu qeyri-icbari qətnamə bir əleyhinə səs qarşılığında 305 lehinə səslə qəbul olundu.

Qətnamənin Fransa senatında qəbul edilməsindən sonra həmin ölkənin xarici işlər nazirliyi vurğuladı ki, Qarabağ bölgəsinin istiqlaliyyətinin rəsmi şəkildə tanınması heç kəsin xeyrinə olmayacaqdır.

Azərbaycan Respublikasının bir hissəsi olan Qarabağ bölgəsi birinci Qarabağ savaşında erməni qüvvələr tərəfindən işğal edilmişdi.

Dağlıq Qarabağ bölgəsi üstündə Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişə 1988-ci ildə başlandı və 1992-ci ildə qarşıdurmaya çevrildi. Bu münaqişə nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafdakı yeddi rayon Ermənistan qüvvələrinin işğalı altına keçdi.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi üstündə gedən döyüşlərin yeni mərhələsi cari il sentyabrın 27-də başlandı. Bu zaman Azərbaycan Respublikası özünün işğal olunmuş ərazilərinin başlıca hissələrini azad etməyə müvəffəq oldu.

Ermənistan və Azərbaycan Respublikası noyabrın onunda Rusiyanın vasitəçiliyi ilə Qarabağda müharibəyə son qoyulması barədə razılığa gəldilər.

Teqlər