Dek 03, 2020 20:31 Asia/Baku
  • Azərbaycan Respublikası ordusunun Qarabağ savaşındakı tələfatı rəsmən elan olunub

Azərbaycan Respublikasının rəsmiləri bildiriblər ki, Qarabağ bölgəsində Ermənistan qüvvələri ilə son savaşda bu ölkənin 2783 hərbçisi öldürülüb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının rəsmi mənbələri bu gün bildiriblər ki, Qarabağ bölgəsindəki döyüşlər boyu 2783 azərbaycanlı hərbçi öldürülüb.

Belə bir halda, bundan öncə Azərbaycan Respublikasının müdafiə nazirliyi bir bəyanatda bildirmişdi ki, sentyabrın 27-dən etibarən, Azərbaycan Respublikası ordusunun qüvvələrilə döyüşlərdə 2300 erməni əsgər ölüb və yaralanıb.

Ermənistan rəsmiləri isə indiyədək Azərbaycan Respublikasının rəsmiləri tərəfindən Qarabağ üstündə gedən savaşda öldürülmüş hərbçilər barədə verilən statistikaya bir reaksiya göstərməyiblər.

Azərbaycan Respublikası ilə Ermənistan arasında sentyabrın 27-də başlanan döyüşlərin yeni mərhələsi Rusiyanın vasitəçiliyi ilə noyabrın onunda başa çatdı.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin həmin gün Dağlıq Qarabağ münaqişəsi bölgəsində tam atəşkəs barədə razılığa gəldilər.

Rus sülhməramlıları da bölgə əhalisinin təhlükəsizliyini qorumaq məqsədilə beş il müddətinə Dağlıq Qarabağ bölgəsində yerləşiblər.

Teqlər