Dek 04, 2020 12:57 Asia/Baku
  • Minsk qrupu Qarabağ razılaşması haqda birgə bəyanat yayıb

Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan Respublikasından istəyiblər ki, Qarabağ döyüşlərinə dair on noyabr razılaşmasındakı öhdəliklərinə sadiq qalsınlar.

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Stefan Biqan və Fransanın xarici işlər naziri Jan İv Le-Drian dünən birgə bəyanatda Ermənistan və Azərbaycan Respublikasından istəyiblər ki, əldə olunan razılıqlara sadiq qalıb, atəşkəs fürsətindən istifadə edərək, öz ixtilaflarını müzakirə yolu ilə həll etsinlər.

Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir: Bütün xarici muzdurlar və terrorçular Qarabağ hüdudlarından çıxmalı və Bakı və İrəvan bu prosesə kömək etməlidirlər.

Bu üç ölkə həmçinin Qarabağda toqquşan tərəflərdən istəyiblər ki, xüsusən əsirlər mübadiləsi və cəsədlərin qaytarılması sahəsində insan haqları üzrə beynəlxalq qanunlara sadiq qalsınlar.

Onlar habelə şəxslər və mühacirlərin Qarabağ bölgəsinə təhlükəsiz və könüllü qayıdışı üçün şəraitin təmin edilməsinin önəminə təkid ediblər.

Bu bəyanatda Qarabağda və ətraf bölgələrdəki dini, tarixi və mədəni irslərin qorunmasının önəminə toxunan Minsk qrupunun həmsədrləri İrəvan və Bakını bu sahələrdə öz öhdəliklərinin icrası üçün beynəlxalq təşkilatlarla əməkdaşlığa çağırıblar.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki döyüşlərin yeni mərhələsi sentyabrın 27-də başlandı və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin bir hissəsinin azad edilməsi ilə nəticələndi.

Ermənistan və Azərbaycan Respublikası noyabrın onunda Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda savaşa son qoyulması barədə razılığa gəldilər. Bu razılaşmaya əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin digər hissələri bu ölkəyə qaytarıldı.

Teqlər