Jan 26, 2017 20:55 Asia/Baku

Tramp miqrantlara qarşı işə başladı. Amerika prezidenti iki icra fərmanını imzalayıb. Birincisi Meksika ilə üç min iki yüz kilometr sərhəddə divarın çəkilməsi, ikincisi isə qeyri-qanuni miqrantlara sığınacaq verən şəhərlərin büdcəsinin ləğv edilməsi. Trampın gələn günlərdə miqrasiyanın məhdudlaşdırılması ilə əlaqədar fərmanlar imzalaması gözlənilir.

Ayrılıq və çıxarma. Trampın ilk imzaları belə qərarların altına atıldı. Ağ Evə daxil olmasından bir həftənin keçmədiyi Amerikanın yeni prezidenti Amerikanın Meksikadan ayrılması üçün ayrılıq divarının çəkilməsi və qeyri-qanuni miqrantların çıxarılmasına göstəriş verdi. Tramp Amerika və cənubi qonşusu Meksika arasında üç min iki yüz kilometr uzunluğunda sərhəddə divarın çəkilməsinə fərman verib. Bu divarın çəkilməsinə 14 milyon dollar vəsait xərclənməlidir. Tramp deyib ki, bu işlə qeyri-qanuni miqrantlar, xüsusilə də yüz minlərlə meksikalının girişinin qarşısını almaq istəyir. Belə ki, onlar Amerikaya gəlib işləyə bilməsinlər. Bununla da bəlkə amerikalılar üçün iş tapılsın.

ABŞ prezidenti Donald Tramp deyib: Sərhədi olmayan ölkə, ölkə deyildir. Bildiyiniz kimi, vətəndaşların əksəriyyəti bu ideyanı dəstəkləyib. Mən bu məsələni bir çox insanla məsləhətləşdim və onların hamısının rəyi, divarın çəkilməsini tələb edirdi. Daxili Təhlükəsizlik Nazirliyi divarın çəkilməsi ilə çox-çox xüsusi bir işi görəcəkdir.

Amma Meksika xalqı və rəsmiləri bu işə qarşıdırlar. Onlar deyirlər ki, sərhədin iki tərəfindəki ailələrin ayrılığına səbəb olacaq və meksikalılar mövsüm işləri üçün Amerikaya gedə bilməyəcəklər. Meksikalılar, onların divarın çəkilməsinə kömək etmələrinə dair Trampın iddiasını rədd ediblər.

Meksika prezidenti deyib: Amerikanın yeni prezidentinin bu hərəkəti təəssüfləndiricidir. Biz iki qonşu xalqın ayrılığına səbəb olan bu hərəkəti pisləyirik. Biz heç bir vəsait xərcləməyəcəyik və divarın çəkilməsinə heç bir kömək etməyəcəyik.

Amma divarın çəkilməsi ilə bağlı qərardan əlavə, Tramp bir qanun da imzalayıb. Belə ki, qeyri-qanuni miqrantlar üçün məhdudiyyətləri artırır. Eyni zamanda Qərbi Asiya və Şimali Afrikanın bəzi ölkələrindən vətəndaşların Amerikaya daxil olmaları bir ay müddətinə məhdudlaşacaq və dayandırılacaq. Bu qərarlar Tramp əleyhinə etirazların artmasına səbəb olub. Bir neçə gün öncə qadınlar ona etiraz edirdisə, indi miqrantlar və azlıqların etiraz səsləri ucalmışdır. Tramp bu addımları ilə Amerikanın gələn dörd ildə qalmaqallı prezidenti olduğunu əks etdirdi.  

 

Teqlər

Şərhlər