May 29, 2017 11:08 Asia/Baku
  • Angella Merkel
    Angella Merkel

Almaniya kansleri Avropa Birliyinə üzv ölkələri Amerikaya qarşı yeni tərəddüdlər və digər böhranlar şəraitində öz birliklərini qorumağa çağırıb.

Associated Pressin verdiyi məlumata görə, Almaniya kansleri Angella Merkel dünən deyib: Son günlərin təcrübəsini nəzərə alaraq, başqaların üzərində hesab açmaq dövrü demək olar ki, sona çatıb. 

Merkel ABŞ prezidenti Donald Trampın G7 qrupunun sammit iclasındakı mövqelərini nəzərə alıb. Tramp bildirmişdi ki, iqlim dəyişikliyi və yerin istiləşməsi ilə mübarizə barədəki razılşamaya dəstək vermək qərarına qəlmək üçün Amerika əlavə vaxta ehtiyaclıdır. 

Almaniya kansleri ABŞ və Britaniya ilə dost əlaqələrə təkid edərək deyib: Avropalılar öz talelərinə hakim olmalıdırlar. 

G7 adlanan 7 inkişaf etmiş ölkənin başçılarının şənbə günü İtaliyada keçirilən sammit iclası Amerikanın iqlim dəyişikliyi barədə mövqeyinə görə nəticəsiz sona çatıb. 

Bu iclasın sonunda Merkel G7 qrupunun iqlim dəyişikliyi barədə müzakirələrini qəbuledilməz adlandırdı. 

Teqlər

Şərhlər