Sen 06, 2025 12:21 Asia/Baku
  • Rusiyadan neft idxalı davam edəcək!

ABŞ-ın ritorikası və Hindistana qarşı ikinci dərəcəli tariflərin tətbiqi fonunda ölkənin maliyyə naziri bildirib ki, Yeni Dehli Moskvadan neft almağa davam edəcək.

Nirmala Sitharaman həmçinin Tramp administrasiyası tərəfindən Hindistan mallarına tətbiq edilən 50 faizlik tariflərin təsirlərinin bu yaxınlarda elan edilmiş vergi islahatları ilə kompensasiya ediləcəyini vurğulayıb.

O ABŞ hökumətinə xitabən vurğulayıb: “Haradan alacağımıza biz qərar veririk. Biz mütləq alacağıq”.

Xatırladaq ki, Donald Trump Hindistanın rus nefti almasını tənqid edərək, idxal edilən neftin Rusiyanın müharibə xərclərini dəstəklədiyini iddia edir. Cavab olaraq, ABŞ Hindistana qarşı idxal tariflərini 50%-ə qədər yüksəldib.

Bundan əlavə, ABŞ Maliyyə Naziri Hindistanın ucuz rus neftini alaraq emal edib satışdan qazanc əldə etdiyini tənqid edib.

Ticari əlaqələrin dərinləşməsi nəticəsində 2024–25-ci illərdə Hindistanla Rusiya arasında ikitərəfli ticarət 68.7 milyard dollara yüksəlib.