Sep 22, 2017 11:19 Asia/Baku
  • Sanders Trampın xarici siyasətini qınadı

Amerikalı demokrat senator Berni Sanders ABŞ prezidenti Donald Trampın siyasətlərini xüsusi ilə də İran ilə nüvə anlaşmasından çıxmaq barədə izlədiyi siyasəti kəskin formada tənqid edib.

İRİB-nin verdiyi məlumata görə, Berni Sanders Trampın xarici siysətini tənqid edib və deyib: Ölkələr deyəcəklər ki, nəyə görə düşüncəsiz prezidentə və məsuliyyətsiz Konqresə malik olan Amerika ilə müzakirə etməli və anlaşmalıdırlar?

Sanders ABŞ-ın İran ilə nüvə anlaşmasını qorumalı olduğunu vurğulayraq, deyib: Bütün senatorlar və Amerika xalqından İran ilə nüvə anlaşmasını qorumalarını istəyirəm. 

Amerikalı senator daha sonra Trampın İran ilə nüvə anlaşmasından çıxmaq niyyətində olduğunu aşkar etdiyini bildirib və deyib: Sonuclarını düşünmədən Paris İqlim Anlaşmasından çıxdığı kimi İran ilə nüvə anlaşmasından da çıxmaq istəyir. 

Sanders İran ilə nüvə anlaşmasından çıxmağı yanlış adlandırıb və deyib: Amerika öz xarici siyasətini digər ölkələr ilə əməkdaşlıq üzərində qurmalıdır. 

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında etdiyi çıxışında İran ilə nüvə anlaşmasını dəhşətli və Amerika üçün rüsvayçılıq adlandırmış və bir daha İranı terrorizmi himayə etməkdə ittiham etmişdi. 

Teqlər

Şərhlər