ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı hazırlaması ehtimalından narahatdır
https://azeri.sahartv.ir/news/dünya-i423276-abŞ_kəşfiyyatı_səudiyyə_Ərəbistanının_nüvə_silahı_hazırlaması_ehtimalından_narahatdır
ABŞ kəşfiyyatı bildirib ki, Səudiyyə Ərəbistanı nüvə silahı hazırlamaq ehtimalını hələ də açıq saxlayır.
(last modified 2026-09-26T15:17:24+00:00 )
Sen 26, 2026 16:55 Asia/Baku
  • ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı hazırlaması ehtimalından narahatdır

ABŞ kəşfiyyatı bildirib ki, Səudiyyə Ərəbistanı nüvə silahı hazırlamaq ehtimalını hələ də açıq saxlayır.

“Washington Post” qəzetinin məlumatına görə, ABŞ-nin kəşfiyyat orqanlarının qiymətləndirməsi Səudiyyə Ərəbistanının nüvə silahlarının hazırlanması ehtimalını rədd etmədiyini göstərir. Bu qiymətləndirmə Konqresə təqdim edilən məxfi sənədlərə əsaslanır.Bu qiymətləndirmə ABŞ-nin bəzi qanunvericiləri arasında Trampın Səudiyyə Ərəbistanında qeyri-hərbi nüvə proqramına kömək etmək üçün əldə etdiyi razılaşma ilə bağlı narahatlıq yaradıb.Razılaşmaya əsasən, Amerika şirkətləri Səudiyyə Ərəbistanında nüvə enerjisi layihələrini başlada bilərlər.