Dec 09, 2017 12:55 Asia/Baku
  • Avropa ölkələri ABŞ prezidentinin qərarı ilə müxalif olduqlarını bildirdilər
    Avropa ölkələri ABŞ prezidentinin qərarı ilə müxalif olduqlarını bildirdilər

Avropa Birliyinin BMT-dəki nümayəndələri ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı olaraq tanınması üzrə qərarına qarşı olduqlarını bildiriblər.

Avropa Birliyini BMT-də təmsil edən 5 Avropa ölkəsi birgə bəyanat yayaraq, Amerikanın Qüdslə bağlı qərarı ilə müxalifət ediblər. 

İngiltərə, Fransa, Almaniya, İsveç və İtaliya "Şərqi Qüds"ün işğal edilmiş Fələstin torpağı olduğunu bildirərək, bu xüsusda BMT-nin qətnaməsinə zidd olan istənilən dəyişiklik ilə müxalif olduqlarını elan ediblər. 

İngiltərənin BMT-dəki nümayəndəsi Mətyo Raykraft Avropa ölkələri adından deyib: Biz ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə razılaşmırıq. Çünki, bu addım BMT-nin qətnamələrinə uyğun deyil və Yaxın Şərqdə sülhün bərqərarına kömək etmir. Qüdsün taleyi fələstinlilər və israillilər arasında müzakirə yolu ilə müəyyən edilməlidir. Avropa Birliyinin mövqeyi Qüdsün hər iki ölkənin, Fələstin və İsrailin paytaxtı olaraq qalmasıdır. O zamana kimi isə, Qüdslə bağlı hakimiyyət haqqını tanımayacağıq. Beynəlxalq qanunlara və BMT qətnaməsinə əssən Qüdsü işğal edilmiş Fələstin torpaqlarının bir hissəsi hesab edirik və Avropa Birliyi 1967-ci il sərhədlərinə uyğun olmayan hansısa dəyişikliyi rəsmən tanımayacaq. 

Teqlər

Şərhlər