İranın yeni gəmi əleyhinə raketi Hörmüz boğazını ABŞ üçün cəhənnəmə çevirir
https://azeri.sahartv.ir/news/dünya-i423318-İranın_yeni_gəmi_əleyhinə_raketi_hörmüz_boğazını_abŞ_üçün_cəhənnəmə_çevirir
ABŞ-nin "The Intercept" nəşri məlumat yayıb ki, İranın yeni gəmi əleyhinə raketinin zərbəsindən sonra Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələri üçün əsl cəhənnəmə çevrilib.
(last modified 2026-09-29T15:05:27+00:00 )
Sen 29, 2026 17:48 Asia/Baku
  •  İranın yeni gəmi əleyhinə raketi Hörmüz boğazını ABŞ üçün cəhənnəmə çevirir

ABŞ-nin "The Intercept" nəşri məlumat yayıb ki, İranın yeni gəmi əleyhinə raketinin zərbəsindən sonra Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələri üçün əsl cəhənnəmə çevrilib.

ABŞ-nin "The Intercept" nəşri məlumat yayıb ki, İranın yeni gəmi əleyhinə raketinin zərbəsindən sonra Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələri üçün əsl cəhənnəmə çevrilib.vcABŞ-də fəaliyyət göstərən "The Intercept" nəşri dərc etdiyi araşdırma xarakterli reportajında ifşa edib ki, Ağ Evin iddialarının əksinə olaraq, İranın raket və dron hücumlarından sonra ABŞ hərbçiləri arasında itkilər və dəyən ziyan kəskin şəkildə artıb, Həmçinin, Pentaqonun ölü və yaralıların sayı ilə bağlı məlumatları sistemli şəkildə gizlətmək siyasəti yürüdür. Məlumata əsasən, döyüş əməliyyatları başlayandan bəri azı 880 ABŞ hərbçisi ölüb və ya yaralanıb; onlardan yarıdan çoxu yəni 444 nəfəri məhz ilkin əməliyyatların başa çatdığı güman edilən son 12 həftə ərzində qeydə alınıb.Təsdiqlənib ki, son günlərdə Hörmüz boğazında İranın yeni gəmi əleyhinə raketinin zərbəsi nəticəsində onlarla ABŞ dənizçisi və dəniz piyadası yaralanıb. Rəsmilərin özlərinin də etiraf etdiyi kimi, bu vəziyyət Amerika qüvvələri üçün şəraiti əsl cəhənnəmə çevirib.İranın raketləri və dronları müdafiə sistemlərini yararaq regiondakı 15-dən çox strateji ABŞ bazasını hədəfə alıb. Hətta ABŞ Hərbi Dəniz Qüvvələrinin katibinin səlahiyyətlərini icra edən şəxs bu yaxınlarda etiraf edib ki, bu ölkənin Bəhreynin Manama şəhərindəki hərbi-dəniz qərargahı tamamilə məhv edilib. Tramp və administrasiya rəsmiləri İranla müharibəni itkisiz və əhəmiyyətsiz bir məsələ kimi təqdim etməyə çalışsalar da, faktlar göstərir ki, ABŞ ordusu ölənlərin adlarının qeydə alınmasını qəsdən gecikdirməklə bu ağır məğlubiyyətin siyasi nəticələrini cilovlamağa çalışır.