Myanma hökuməti Raxin vilayətində müsəlman kəndlərinin dağıdılması siyasətini davam etdirir
Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Myanma dövləti Raxin vilayətində Ruhinqa müsəlmanlarının yaşadığı kəndlərin dağıdılması prosesini davam etdirir.
Qardiyan qəzetinin yazdığına görə, Myanma ordusu ən son cinayətində buldozerlərdən istifadə edərək, Raxin vilayətində Ruhinqa müsəlmanlarına aid onlarla kəndi dağıdıb.
Qardian qəzetinin verdiyi məlumata görə, insan haqları müdafiəçiləri Myanma dövlətinin bu hərəkətlə Ruhinqa müsəlmanlarına qarşı törətdiyi cinayətləri gizlətməyə çalışdığını deyirlər.
Peyk vasitəsi ilə çəkilmiş təsvirlərə əsasən Myanmada müsəlmanların yaşadıqları kənd və qəsəbələr ötən həftələr ərzində tamamilə dağıdılaraq, məhv edilib.
Bu görüntüləri "DigitalClub" şirkəti cümə günü yayımlayıb.
Bu məlumata görə peyk təsvirləri ötən ilin dekabrından cari ilin fevralına kimi ən azı 28 kəndin məhv edildiyini deməyə əsas verir.
İnsan Haqları Gözətçisi Təşkilatı da cümə günü oxşar məlumatda ən azı 55 kəndin Myanma dövləti tərəfindən məhv edildiyini bildirib.