Avq 05, 2018 21:34 Asia/Baku
  • Myanmada sel və daşqın; 150 min insan evini itirdi
    Myanmada sel və daşqın; 150 min insan evini itirdi

Myanmada yağan güclü yağışlar sel və daşqınlara səbəb olub. Nəticədə 150 minə yaxın insan evsiz qalıb. 12 nəfər həlak olub.

İRNA-nın məlumatına görə, Myanmanın Təbii Fəlakətlər İdarəsi bazar günü bildirib: Sel və daşqınlar nəticəsində yaşayış yerini itirən 150 min nəfərin məskunlaşdırılması üçün 327 çadır düşərgəsi yaradılıb.

Myanma ordusu da sel və daşqından zərər çəkənlərə yardım etmək üçün səfərbər olunub. Xilasetmə əməliyyatlarında 3 hərbçinin həyatını itirdiyi bildirilir.

Teqlər

Şərhlər