Yan 31, 2019 10:21 Asia/Baku
  • Sanders: Amerika müstəbid səud rejiminə dəstək verməməlidir

Amerikanın Vermond ştatının senatoru deyib ki, Amerika müstəbid səud rejiminin Yəmənə qarşı törətdiyi savaşa dəstək verməməlidir.

Berni Sanders dünən bildirib ki, konqresi Yəmən savaşı üçün finiş xətti çəkməyə təşviq edəcəkdir. O, deyib: Konqresdə Amerikanın səud koalisiyasının Yəmənə qarşı savaşına dəstəyini dayandıracaq qanunu qəbul etmək üçün yetərincə həddə səs mövcuddur.

Bu amerikalı senator vurğulayıb ki, ABŞ-ın Yəmən savaşında iştirakı qanunsuzdur və təhlükəli Yəmən müharibəsi bitməlidir.

Berni Sanders deyib: Yəməndə müharibənin davam etməsi ötən bir əsrin ən pis aclıq və qıtlığı ilə nəticəlnə bilər.

Teqlər

Şərhlər