Aug 29, 2019 17:44 Asia/Baku
  • Londonda İngiltərə parlamentinin fəaliyyətinin dayandırılmasına qarşı aksiya keçirilib
    Londonda İngiltərə parlamentinin fəaliyyətinin dayandırılmasına qarşı aksiya keçirilib

Londonda yüzlərlə nəfər İngiltərə baş nazirinin bu ölkə parlamentinin fəaliyyətini dayandırmaq üzrə qərarına etiraz olaraq aksiya keçirib.

Etirazçılar İngiltərə parlamentinin aşağı palatasının qarşısında aksiya keçirərək, bu ölkənin baş naziri Boris Consonu parlamentin breksit məsələsinə qarışmasını əngəlləməkdə ittiham ediblər.

İngiltərə hökumətinin qarşısında duran ən böyük müxalif partiya- Leyboristlər Partiyasının sədri Ceremi Korbin deyib ki, bu partiya gələn həftə parlamentin iclası təşkil edilən kimi öncə Consonun qərarının icrasına mane olmaq üçün qanuni addım atacaq və ikinci addımda onun impiçment edilməsi layihəsini təqdim edəcəkdir.

Teqlər

Şərhlər