Sep 21, 2019 12:33 Asia/Baku
  • Qahirədə Əssisiyə qarşı aksiya keçirilib
    Qahirədə Əssisiyə qarşı aksiya keçirilib

Misir xalqı dünən gecə bu ölkənin paytaxtı Qahirənin əl-Təhrir meydanında Misir prezidenti Əbdulfəttah Əssisinin hakimiyyətdən kənara çəkilməsini istəyib.

Misirdə anti-hökumət aksiyası Əssisinin BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Qahirdən Nyu-Yorka yola düşməsindən bir neçə saat sonra keçirilib.

Türkiyənin Anadolu informasiya agentliyi bu aksiyada bir neçə etirazaçının həbs olunmasına işarə edərək, xəbər verib ki, əl-Təhrir meydanı təhlükəsizlik qüvvələrinin geniş iştirakının şahidi olubdur.

Bu aksiya 2011-ci ildən və Misirin keçmiş prezidenti Hüsni Mübarəkin otuzillik hakimiyətinə son qoyan ərəb baharının başlanmasından sonra əl-Təhrir meydanında keçirilən ilk aksiyadır.

Beynəlxalq Amnistiya Təşkilatı son zamanlar bir açıqlamada bildirdi ki, Misir Əbdulfəttah Əssisinin hakimiyyəti dövründə insan haqlarına etinasızdır.

Teqlər

Şərhlər