Sep 27, 2019 09:14 Asia/Baku
  • İranın Venesuela haqdakı qətnamə layihəsi qəbul olunub
    İranın Venesuela haqdakı qətnamə layihəsi qəbul olunub

İranın "Venesuelada insan haqları sahəsində texniki yardımlar və həmkarlığın gücləndirilməsi" adı altında BMT-nin Cenevrədə yerləşən İnsan Haqları Şurasına təqdim etdiyi qətnamə layihəsi qəbul olunub.

Dünən gecə Peru, həmçinin bir neçə Latın Amerikası ölkəsi, o cümlədən Argentina və Çilinin xahişi ilə səsə qoyulan İranın Venesuela barədəki qətnamə layihəsi altı əleyihinə səs qarşılığında 18 lehinə səslə qəbul edildi.

İranın BMT-nin Cenevrədəki ofisi yanındakı səfiri və daimi nümayəndəsi Esmail Bəqai qeyd olunan qətnamənin təqdimi zamanı insan haqlarının həyata keçirilməsindəki həmkarlıq və anlaşmanın önəminə işarə edərək, insan haqları məsələləri ilə rəftarda siyasiləşdirmə və ikili meyarlardan çəkinmə vacibliyini vurğulayıb. O, deyib: Beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, xüsusən ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmə və onların suverenliklərinə hörmət, eləcə də xalqların müqəddərat təyinetmə haqları prinsipinin qəbul edilməsi insan haqları mövzularına baxılan zaman nəzərdə tutulmalıdır.

Teqlər

Şərhlər