Dec 02, 2019 19:40 Asia/Baku
  • "Əsrin Layihəsi" adlanan Rusiyadan Çinə qaz kəməri istifadəyə verilib

Çin və Rusiya prezidentləri bir videomüraciətdə "Əsrin Layihəsi" adlanan Rusiya qazının Sibir bölgəsindən Çinə ötürülməsi üzrə boru kəmərinin açılışını elan ediblər.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü "Əsrin Layihəsi"nin (Sibir Gücü) açılışı mərasimində çinli həmkarı Si Tszinpin ilə telefon danışığından sonra deyib: Bu layihə Moskva və Pekni ikitərəfli ticarət həcmini 2024-cü ildə 200 milyard dollara artırmaq üzrə birgə hədəfə yaxınlaşdırır.

Rusiya prezidenti əlavə edib: 2014-cü ildə Rusiya ilə Çin arasında bu boru kəmərinin inşası barədə bağlanan müqavilə Moskvanın qaz sektorundakı ən iri layihəsi idi.

Putin vurğulayıb ki, yaxın 30 ildə Rusiya Çinə iki trilyon kubmetrdən çox qaz ixrac edəcək.

Mərasimdə Çin prezidenti Si Tszinpin də bu qaz boru kəmərinin istifadəyə verilməsini son dərəcə mühüm adlandırıb və Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin Çinin xarici siyasət prioritetlərindən biri olduğunu bildirib.

Çin prezidenti həmçinin bu layihənin açılışını enerji sektorunda Çin-Rusiya əməkdaşlığında mühüm bir addım və iki ölkə üçün uduş-uduş əlaqələri adlandırıb.

Rusiya və Çin bu boru kəmərinin inşası barədə müqaviləni 2014-cü ilin may ayında Çinin Şanxay liman şəhərində imzalamışdılar.

 

Teqlər

Şərhlər