Dek 11, 2019 08:40 Asia/Baku
  • BMT: İranın “Aramko” hücumlarında əlinin olmasına dair heç bir sənəd mövcud deyildir

BMT müfəttişləri dünən Ərəbistandan geri döndükdən sonra bir hesabatda bildiriblər ki, İranın Ərəbistanın neft təsisatlarına hücum amili olmasına dair heç bir qaneedici fakt və dəlil əldə etməyiblər.

BMT müfəttişləri bu hesabatda bildiriblər ki, Vaşinqton və Ərriyadın İranın Ərəbistanın neft təsisatlarına qarşı hücumda məsuliyyət daşımasına dair iddialarını təsdiq edə bilməzlər.

Amerikanın Blumberq informasiya kanalı bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş özünün bu təşkilatın təhlükəsizlik şurasına olan altı aylıq məlumatında bu müfəttişlərin hesabatına istinad edərək, bildiribdir ki, BMT Ərəbistanın neft təsisatlarına qarşı hücumda istifadə olunmuş raket və pilotsuzların İran mənşəli olmasına dair məsələni təsdiq etməyə qadir deyildir.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi sentyabrın 14-də səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, on ədəd yerli pilotsuzla Ərəbistanın milli neft şirkətinin tabeliyində olan Bəqiq və Xəris neftayırma zavodlarını hədəfə aldı.

Bu əməliyyatdan sonra səudlar və müttəfiqləri İran İslam Respublikasına qarşı əsassız iddiaları təkrar edərək, iddia etdilər ki, Tehran yəmənlilərin Ərəbistanın neft təsisatlarına qarşı PUA əməliyyatında rol oynayıbdır.

Səudların və müttəfiqlərinin İrana qarşı əsassız iddia və ittihamları elə bir haldadır ki, Yəmənin silahlı qüvvələri bir bəyanatda bu hücumun məsuliyyətini üzərinə götürdü.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.

 

Şərhlər