Yan 14, 2020 15:13 Asia/Baku
  • Ukrayna təyyarəsinin qəzaya uğraması Amerika-İran gərginliyindən qaynaqlanır

Kanadanın baş naziri üstüörtülü şəkildə Amerikanın İranla son gərginliyini Tehranda Ukrayna sərnişin təyyarəsinin qəzaya uğramasının amili adlandırıb.

Castin Trüdo bazar ertəsi günü gecə “Qlobal National” telekanalı ilə müsahibədə deyib: Təyyarənin qəzaya uğraması barədə baş verən hadisə toqquşma və savaş vaxtı baş verən bir hadisədir. Buna görə, hamı gərginliyin aradan qaldırılması və toqquşma və qırğın olmayan bir istiqamətdə hərəkətə kömək eməlidir. Zira əgər gərginlik olmasaydı və son zamanlar regionda gərginliklər şiddətlənməsəydi, Ukrayna təyyarəsinin qəzaya uğraması baş verməzdi və o kanadalılar indi öz ailələrinin kənarında olardılar.

Trüdo xəbər verib ki, ABŞ prezidenti Donald Trampla söhbətdə gərginliklərin azaldılmasını istəyib.

Kanadanın baş naziri bundan öncə də İranın Ukrayna təyyarəsinin qəzaya uğraması tərzi barədəki açıqlmasını mühüm addım adlandırmışdı.

Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsi yanvarın səkkizində Tehranın İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında qəzaya uğradı və onun bütün sərnişinləri və ekipaj üzvləri həlak oldular.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bir məlumatda ABŞ-ın prezidenti və hərbi komandanlarının İran ərazisindəki hədəflərə hücuma dair təhdidlərinə, eləcə də amerikalı terrorçuların İran ətrafındakı hərbi uçuşlarının  artmasına işarə edib. Bildirib ki, Ukrayna təyyarəsinin dönməsinə və həssas bir hərbi mərkəzə yaxınlaşmasına görə, qərəzsiz insan səhvinin baş verməsi bu təyyarənin hədəfə alınması və qəzaya uğramasına bais oldu.

 

 

Teqlər

Şərhlər