Amerika qaradərililərinin 83%-nin qənaətinə görə, Tramp irqçidir
https://azeri.sahartv.ir/news/dünya-i356238-amerika_qaradərililərinin_83_nin_qənaətinə_görə_tramp_irqçidir
Amerikada hər on qaradərilidən səkkizi bu qənaətdədir ki, bu ölkənin prezidenti rasistdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2020 10:34 Asia/Baku
  • Amerika qaradərililərinin 83%-nin qənaətinə görə, Tramp irqçidir
    Amerika qaradərililərinin 83%-nin qənaətinə görə, Tramp irqçidir

Amerikada hər on qaradərilidən səkkizi bu qənaətdədir ki, bu ölkənin prezidenti rasistdir.

"Vaşinqton Post" qəzetinin rəy sorğusunun nəticələri göstərir ki, əksər qaradərililərin Donald Tramp barədəki baxışı son dərəcə mənfidir və Amerika qaradərililərinin təqribən doxsan faizi deyibdir ki, Trampın hərəkətlərini təsdiq etmir. 

Onların 77%-i də bildiribdir ki, Trampın iş yerlərinin yaradılması üzrə fəaliyyətini təsdiq etmir. 76% isə deyibdir ki, Trampın Amerikada yaşayan Afrika mənşəlilər ilə bağlı siyasətləri pis olubdur.

Amerika qaradərililərinin 83%-i də bildiribdir ki, Donald Trampın irqçi olması qənaətindədir.