Fev 20, 2020 19:07 Asia/Baku
  • Amerikada bir polis rəisi Qurana and içib

Amerikanın şərqində yerləşən Nyu-Cersi ştatının şəhərlərindən birinin yeni polis rəisi İncil-in yerinə, andiçmə mərasimində Qurandan istifadə edibdir.

İbrahim Mayk Baykura türk mənşəli bir amerikalıdır. O, Nyu-Cersi ştatının Peterson şəhərinin yeni polis rəisi təyin edilib və andiçmə mərasimində Qurandan istifadə edib.

Peterson şəhərinin meri Andre Sayeq deyib ki, bu zabit Amerika tarixinin ilk türkmənşəli polis rəisidir.

Bu 60 yaşlı polis rəisinin Qurana and içməsindən sonra Peterson şəhərinin imam camaatı ona təşəkkür edibdir.

Xüsusən Donald Trampın prezidentliyi dövründə Qərb mediaları və hökumətlərinin islamofobiyalarına və İslama qarşı çıxmalarına rəğmən, Amerikada və digər Qərb ölkələrində İslam dini daha geniş şəkildə yayılmaqdadır.

 

 

Teqlər

Şərhlər