Apr 01, 2020 10:39 Asia/Baku
  • Çindən ABŞ-ın ittihamına cavab
    Çindən ABŞ-ın ittihamına cavab

Çin ABŞ dövlət katibinin "Pekin koronavirus haqda saxta informsiyalar yayır və təbliğat kampaniyası aparır" kimi ittihamlarına cavab verib.

Çin xarici işlər nazirliyinin sözçüsü dünən Pekində keçirdiyi mətbuat konfransında Mayk Pompeonun sözlərinə reaksiyada deyib: Çinin nə koronavirus haqda saxta informsiyalar yaymaq və təbliğat kampaniyası aparmaq niyyəti var, nə də ki, buna vaxtı var və bilmirəm, onun saxta informasiyalar barədəki diaqnozu və dərki nədir?

Hu Tszunin sonra deyib: Çin koronavirus epidemiyası başlanandan sonra dərhal onunla mübarizəyə başladı və qətiyyətlə bu xəstəliyin yayılmasının qarşısın aldı.

Son zamanlar bir neçə amerikalı siyasətçi öz hökumətinin koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətini qəbul etmək yerinə, Çini onun müqəssiri kimi təqdim edir və Pekini "virus probleminin ciddiliyini və yoluxanların real sayını gizlətmək"də ittiham edirlər. Bəzi ingilis siyasətçilər də iddia ediblər ki, Çin özünün "düzgün məlumat verməməsi"nin əvəzini ödəməlidir.

ÇİN-DƏN ABŞ-IN İTTİHAMINA CAVAB

Teqlər

Şərhlər