Apr 01, 2020 10:42 Asia/Baku
  • İtaliyada COVID-19 qurbanlarının sayı 12428 nəfərə çatıb
    İtaliyada COVID-19 qurbanlarının sayı 12428 nəfərə çatıb

İtaliya hökuməti dünən gecə bildirib ki, bu ölkədə COVID-19 qurbanlarının sayı 12428 nəfərə çatıb.

İtaliya hökuməti həmçinin ötən sutka ərzində bu ölkədə koronavirusa yoxuma üzrə 4053 yeni halın qeydə alınmasından xəbər verib. Qeyd edib ki, indiyədək İtaliyada 105792 nəfər bu virusa yoluxubdur.

İtaliya hazırda koronavirusa yoluxma və tələfatın sayı baxımından Avropa ölkələri arasında yüksək göstəriciyə malikdir.

İtaliyanın baş naziri Cüzeppe Konte martın onunda bu ölkədə koronavirusa yoluxanların sayının artmasının ardınca 60 milyon nəfərlik İtaliyanı tam şəkildə karantinə almaq qərarına gəldi.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində müşahidə edilib və hazırda Çindən əlavə, ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, İngiltərə, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla 200-dən çox ölkəyə yayılıbdır.

Son statistikalara görə, indiyədək dünyada azı 824 min nəfər bu virusa yoluxub. Bu miqdardan təqribən 174 min nəfər sağalıb, azı 40 min nəfər isə vəfat edibdir.

İTALİYADA COVID-19 QURBANLARININ SAYI: 12428 NƏFƏR

Şərhlər