Apr 02, 2020 13:48 Asia/Baku
  • Koronavirus Çindən getməyinə peşman olub

Çin mənbələri koronavirusun bu ölkəyə geri dönməsindən və Çinin mərkəzində bir bölgənin karantinə alınmasından xəbər veriblər.

"Saus Çayna Morninq Post" qəzeti xəbər verib ki, Çinin mərkəzindəki "Xe Nen" əyalətində yerləşən bir bölgə koronavirus pandemiyasına görə, karantinə alınıb.

Bu ölkədə bir həkim koronavirusa yoluxub. Sonra onun üç həmkarrından alınan test müsbət olub.

Çin polisi bu bölgənin bütün sakinlərinə evdən çıxmamaq göstərişi verib. Həmin bölgədə tibb mərkəzləri, xəstəxanalar  və satış mərkəzlərinin fəaliyyətindən başqa, bütün ticarət mərkəzləri və məşğulluq dayandırılıb.

Sakinlərin xüsusi icazə vərəqəsi olmadan gediş-gəliş haqqı yoxdur.

ÇİN GETMİŞ QONAĞI YENİDƏN QARŞILADI

Teqlər

Şərhlər