İyun 30, 2020 08:25 Asia/Baku
  • AB 11 Venesuela rəsmisini sanksiya edib

Avropa Birliyi dünən gecə Karakasa qarşı düşmənçilik hərəkətlərinin davamında 11 Venesuela rəsmisini sanksiya edib.

SəhərAzəri xəbər verir, Avropa Birliyi bir açıqlamada iddia edib ki, bu 11 Venesuela rəsmisi insan haqlarını pozubdur.

Avropa Birliyi bundan öncə də Amerika ilə bir istiqamətdə hərəkət edərək, bir neçə Venesuela rəsmisini sanksiya etmişdi.

Bu 11 venesuelalı rəsminin sanksiya edilməsilə Avropa Birliyinin sanksiyalarına məruz qalan bu ölkə rəsmilərinin sayı 32 nəfərə çatıbdır.

Avropa Birliyinin bu düşmənçilik hərəkətlərinin ardınca Venesuela prezidenti Nikolas Maduro həmin birliyin nümayəndəsini bu ölkədən qovubdur.

Avropa Birliyinin bu düşmənçilik hərəkətlərini pisləyən Maduro həmin birliyin Venesueladakı nümayəndəsinə bu ölkəni tərk etmək üçün 72 saat fürsət veribdir.

Amerika və müttəfiqləri Venesuela rəsmilərinə sanksiya tətbiq edib, bu ölkə hökumətinin müxaliflərini himayə etməklə Venesuelanın anti-Amerika təmayüllü qanuni hökuməitni devirməyə çalışırlar.

Teqlər

Şərhlər