Avq 04, 2020 15:38 Asia/Baku
  • ABŞ-da son sutkada koronavirusdan 540 nəfər ölüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 368 yoluxma halı aşkarlanıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da son sutkada COVID-19-dan 540 nəfər ölüb.

 

ABŞ-da indiyədək 4 717 716 nəfər koronavirusa yoluxub, 155 mindən çox insan ölüb.

Xəstəlikdən sağalanların sayı 1.5 milyon nəfərdir.

 

Teqlər

Şərhlər