Avq 09, 2020 09:59 Asia/Baku
  • 10 min etirazçı Netanyahunun iqamətgahı önündə aksiya keçirdi

Şənbə günü axşam saatlarında təqribən 10 min nəfər işğal edilmiş Qüdsdə sionist rejimin baş naziri Benyamin Netanyahunun iqamətgahı qarşısında etiraz aksiyası keçirib.

Sahar Azari bildirir ki, təqribən 10 min fnəfər şənbə günü işğal edilmiş Qüdsdə Netanyahunun iqamətgahı önündə aksiya keçirib. 

Artıq bir neçə həftədir ki, Netanyahu əleyhinə etiraz aksiyasında iştirak edənlər onun istefa verməsini tələb ediblər. 

Benyamin Netanyahu isə baş nazirlikdən istefa verməsi tələbi ilə aksiya keçirənləri "anarxiyaçı" adlandırıb. 

Artıq iki həftədir ki, işğal edilmiş Fələstinin sakinləri sionist rejimin baş nazirinin koronavirus pandemiyası ilə mübarizədəki səriştəsizliyi habelə, özü və həyat yoldaşının korrupsiyaçı hərəkətlərinə etiraz olaraq Netanyahunun istefa verməsini tələb edirlər. 

Teqlər

Şərhlər