Sen 16, 2020 11:57 Asia/Baku
  • Beynəlxalq Enerji Agentliyi dünyada neftə tələbin azalması haqda xəbərdarlıq edib

Beynəlxalq Enerji Agentliyi(BEA) koronavirusa qarşı məhdudiyyətlərə görə, qarşıdakı aylarda dünyada neftə tələbin azalması haqda xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, BEA sentyabrın on beşində öz aylıq hesabatında belə qeyd edib: Koronavirus pandemiyası, məhdudiyyətlərin nəqliyyata təsiri, distant fəaliyyətlərin artması və pandemiyadan irəli gələn iqtisadi böhranla/ qarşıdakı aylarda neftə beynəlxalq tələb azalacaqdır.

Hesabatda deyilir: İqtisadi inkişafın azalmasının tam şəkildə əvəzinin çıxılması aylarla vaxt tələb edir. Belə bir halda, ehtimal olunur ki, aviasiya kimi bəzi sektorlar hətta gələn ilədək belə, koronavirus pandemiyasından öncəki dövrə qayıda bilməyəcəklər.

Teqlər

Şərhlər