Okt 18, 2020 18:44 Asia/Baku
  • Hindiisyan daşqınlarında 30 nəfər ölüb

Hindistan Daxili İşlər Nazirliyi səlahiyyətlilərinin verdiyi məlumata görə, leysan yağışlar keçən həftə ölkə daxilində böyük ziyan törədib.

SəhərAzəri xəbər verir, Əl-Məyadin TV saytı bir video paylaşaraq yazib: Hindistanın cənubundakı şiddətli yağışlar və geniş sel son 24 saat ərzində ən az 30 nəfərin ölümünə və onlarla insanın itkin düşməsinə səbəb olub.
İyundan sentyabr ayınadək olan şiddətli yağış mövsümü, Hindistan yarımadasında həyat və əkinçilik üçün vacibdir, ancaq hər il dünya əhalisinin beşdə birinin yaşadığı bu bölgədə, sel səbəbindən ağır itkilər və yüzlərlə ölüm var.
Hindistan Daxili İşlər Nazirliyi səlahiyyətlilərinin verdiyi məlumata görə, keçən həftə ölkə daxilində leysan yağışlar bu mövsümdə 847 insanın ölümünə səbəb olub.

 

Teqlər

Şərhlər