• İranlı qadın idmançıların uğuru
    İranlı qadın idmançıların uğuru

İranın pnevmatik tapançadan on metrlik məsafəyə atəş üzrə qadınlardan ibarət yığma komandası əlillərin dünya çempionatında komanda üzrə qızıl medal qazanıb.

Əlillərinin Cənubi Koreyanın Çunq Djo şəhərindəki dünya çempionatı elə bir halda keçirilir ki, İran komandasının üzvləri Sara Cəvanmərdi, Səmira Erəm və Xədicə Rostəmi bu yarışların komanda üzrə qızıl medalını qazana biliblər.

Digər bir xəbərə görə, bir iranlı qadın Asiya üzrə velosipedsürmə yarışlarında İran tarixinin ilk medalını qazanıbdır.

İranın dağ velosipedi üzrə qadınlardan ibarət yığma komandasının təcrübəli kapitanı Fəranək Pərtoazər Filippində keçirilən Asiya üzrə "Kross Kantri" yarışlarında bürünc medal əldə edə bilibdir.

Həmçinin İranın dağ velosipedi üzrə kişilərdən ibarət yığma komandasının kapitanı Fəraz Şokri bu yarışlarda Asiya çempionatının gümüş medalını qazanıb.

Bu, İran velosipedsürmə tarixinin yuxarı yaş qrupunda ilk fərdi medalıdır.

May 07, 2018 16:58 Asia/Baku
Şərhlər