May 30, 2018 19:31 Asia/Baku
  • Təbrizdə bir ana 6 uşaq doğub
    Təbrizdə bir ana 6 uşaq doğub

23 yaşlı təbrizli ana ilk hamiləliyində dünyaya 6 övlad gətirib.

Bu kimi halları adətən qısırlığın müalicəsi üçün istifadə olunan dərmanlarla əlaqələndirən həkimləri təbrizli gənc ana ciddi şəkildə təəccübləndirib, Çünki onun qısırlıq problemi olmayıb və heç bir dərman da qəbul etməyib. 

Doğulan körpələrdən dördü qız, ikisi isə oğlandır, körpələrin çəkisi 550-960 qram arasında dəyişir. 

Vaxtından əvvəl doğum nəticəsində 7 aylıq dünyaya gələn körpələrdən ikisi süni tənəffüs aparatında saxlanılır qalan 3 körpə isə anasının kənarındadır, qız körpələrdən biri isə vəfat edib. 

İranda sonuncu dəfə bir şirazlı ana altı il öncə , məşhədli bir ana isə 4 il öncə eyni hamiləlikdə 6 körpə dünyaya gətirmişlər və təbrizli ana bu nadir hadisədə üçüncü olub. 

Teqlər

Şərhlər