Jan 16, 2019 15:49 Asia/Baku
  • İran peyk texnologiyasına malik 5 ölkədən biridir
    İran peyk texnologiyasına malik 5 ölkədən biridir

İran İslam Respublikasının Kosmonavtika Təşkilatının Kosmik Texnologiyaların İnkişafı İdarəsinin baş müdiri deyib: Peyk daşıyan raketlər baxımından ağırlığı 100 kiloqramdan daha ağır olan peyklərin 500 kilometrlik hündürlüyə daşıya biləcək raketlərin istehsalı bacarığına yiyələnmişik.

İRİB-nin verdiyi məlumata görə, Müctəba Səradiqi deyib: İran ağırlığı 500 kiloqram olan kiçik peyklərin (Small Satellite) quraşdırılması texnologiyasına yiyələnib.

İran İslam Respublikasının Kosmonavtika Təşkilatının Kosmik Texnologiyaların İnkişafı İdarəsinin baş müdirinin dediyinə görə, 500 kilometrlik hündürlüyə peykin göndərilməsinin ardınca tamamilə yerli peykə malik olmaq üzrə ciddi addım atılıb və 300 saniyə ərzində peykdən çox yaxşı siqnallar alındı və bu Əmir Kəbir Universitetinin mütəxəssisləri tərəfindən düzgün infrastrukturların yaradıldığına dəlalət edir.

Müctəba Sərdaqi əlavə edib: hazırda 150-200 kiloqramlıq peyklərin düzəldilməsi ilə məşğuluq və İran uzaqdan idarə edilə bilən rabitə peyklərinin istehsalına qadirdir.

Teqlər

Şərhlər