May 16, 2019 15:39 Asia/Baku
  • İranlı qız taekvondoçu beynəlxalq yarışların qalibi olub

İranın qızlardan ibarət taekvondo komandasının 46 kiloqram çəki dərəcəsi üzrə nümayəndəsi bu gün bütün rəqiblərini məğlub edərək, Mançester beynəlxalq yarışlarının qalibi olubdur.

46 kiloqram çəki dərəcəsində yarışan 17 yaşlı Məhla Momenzadeh özünün ilk beynəlxalq təcrübəsində birinci görüşdə qazaxıstanlı rəqibini 21-1 hesabı ilə məğub edə bilib.

O, on altıda bir mərhələdə yeniyetmələrin 2018-ci il dünya çempionu və böyüklərin Avropa çempionatının bürünc medalçısı ingilis Cordin Smit-i 17-7 hesabı ilə məğlub edib.

Momenzadeh səkkizdə bir mərhələdə rus rəqibini 23-3 hesabı ilə məğlubiyyətə uğradıb və dörddə bir mərhələdə xorvat rəqibini 30-20 hesabı ilə qarşısından götürübdür.

İran nümayəndəsi yarımfinal görüşündə çinli rəqibini 11-9 hesabı ilə məğlubiyyətə uğradıb və final oyununda da 2017-ci ilin dünya çempionu, böyük mükafat yarışlıarında dörd dəfə bürünc medal almış Cənubi Koreya nümayəndəsi Cay Yun Sim-i məğlub edərək, Mançester beynəlxalq yarışlarının qızıl medalını qazanıbdır.

Yarışların bu dövründə 150 ölkədən 950 taekvondoçu rəqabət aparır.

Şərhlər